Xaricdə qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərən cəza istənilib

Xaricdə qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərən cəza istənilib
# 17 mart 2023 17:43 (UTC +04:00)

Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə ittiham olunan Akif Osmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Osmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edib.

Prokuror Akif Osmanovun verilmiş ittihamlarla təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Akif Osmanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR