Bakı. Hafiz Heydərov-APA. Abşeronda 3 yaşlı uşaq faciəli şəkildə ölüb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, martın 16-da Abşeron rayonunun Qobu qəsəbə sakini 3 yaşlı Ağa Ağayev həyətlərindəki su hovuzuna düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.