Bakı. Hafiz Heydərov – APA. “Kapital Bank”ın hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini Əmri Əliyevin “Kapital Bank”dakı hesabından 200 manat çıxararaq oğurlamış paytaxt sakini İrina Sadıxova saxlanılıb.