Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda kirayə yaşadığı evdən pul oğurlayan qadın tutulub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Şabran rayon sakini İlhamə İmamovanın Sulutəpə qəsəbəsində kirayədə yaşadığı evindən 424 manat oğurlamış Xaçmaz rayon sakini Dilşad Kazımova tutulub.
Faktla bağlı araşdırma aparılır.