Bakı – APA. Bakının Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətə qalıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 20:59-da başa çatıb.