Bakı. Fuad Cəfərov – APA. Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, iyulun 12-də saat 22 radələrində Biləsuvar şəhərində şəhər sakini Elman Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Ağayevi vurub əks yolda Əlikram Buludovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin qarşısına atıb. Xəstəxanaya yerləşdirilən R.Ağayev orada ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.