Bakı. Hafiz Heydərov – APA. Biləsuvar sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Biləsuvar rayonunun 6 saylı qəsəbə sakini Aynişan Vəliyeva yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.