Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işinin materialları ilə tanışlıq başlayacaq. Vəkil E. Mustafaoğlunun ittihamları qəbul etmədiyini deyib.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.