Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, bir müddət əvvəl dövlət agentliyi icra hakimiyyəti tərəfindən Səyavuş Qurbanzadənin adına verilmiş sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkünsüz sayıb. Həmin qərardan narazı qalan ƏMDK agentliyi apellyasiya şikayəti verib.