Rusiyanın Sverdlovsk vilayətində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Sverdlovsk vilayətində yaşayış evlərindən birində baş verən yanğın nəticəsində 5 nəfər ölüb. Ölənlərin kimliyi müəyyənləşdirilib. Onlar 1986-cı il təvəllüdlü qadın, onun 2005 və 2006-cı il təvəllüdlü qızları, 1932 və 1970-ci il təvəllüdlü qonşuları olub.
İlkin ehtimala görə, yanğın əvvəlcə eyvanda başlayıb, sonra bütün evi əhatə edib.
Hazırda faktla bağlı araşdırma aparılır.