Bakı. Fuad Cəfərov - APA. Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 4-də Sumqayıt şəhərinin 42-ci məhəllə ərazisində yerləşən yarım tikilidə şəhər sakini, əvvəllər məhkum olunmuş Afər Əmrahov sərxoş halda ocaq yandırdığı ocaqdan aldığı yanıq xəsarətindən ölüb.