Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri Fətəli Xan Xoyski küçəsində yaşayan 2003-cü il təvəllüdlü Məmmədov Famil Sədrəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
E. Məmmədov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, ağır vəziyyətdə xəstəxanaya gətirilən uşağın vəziyyəti həkimlərin müdaxiləsindən sonra stabilləşib, həyatı üçün təhlükə yoxdur.