Bank Of Baku

Xocalıda daha bir narkotik plantasiyası aşkarlanıb - FOTO

Xocalıda daha bir narkotik plantasiyası aşkarlanıb - FOTO
# 06 oktyabr 2023 17:47 (UTC +04:00)

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndi ərazisində 10 hektardan artıq ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir.

Qeyd edək ki, oktybarın 2-də Xocalıda 100 hektar ərazidə xüsusi üsulla becərilmiş çətənə plantasiyası aşkarlanmışdı.

Bu gün isə Ağdamın Sırxavənd kəndində separatçıların 10 hektara yaxın ərazidə narkotik plantasiyası və 4 avtomat aşkarlanıb.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR