Yevlaxda avtomobil vuran 80 yaşlı qadın 5 gün sonra ölüb.
APA xəbər verir ki, fevralın 15-də rayonun Firdovsi küçəsində Nicat Quliyev idarə etdiyi "Opel Astra" markalı avtomobillə 1943-cü il təvəllüdlü Kifayət İsayevanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 80 yaşlı qadın ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.