Yevlaxda yol qəzası zamanı iki avtomobil toqquşub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun, Hürüuşağı kəndindən keçən hissəsində baş verib.
Hadisə zamanı 51 yaşlı sürücü Zabit Əliyev ölüb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 sərnişin xəstəxanaya aparılıb.
***
Saat 20:53
Yevlaxda qəza olub bir.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlimat yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Tanrıqulular kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən birgə xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.