Zaqatala sakininin əlində qumbara partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB-3

Zaqatala sakininin əlində qumbara partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB-3
# 02 oktyabr 2023 00:23 (UTC +04:00)

Zaqatala qumbara partlamasında ölənlərin sayı artıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, sentyabrın 30-u axşam saat 22 radələrində rayonun Yengiyan kəndinin mərkəzində qumbara partlaması zamanı ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zaqatala rayon Yengiyan kənd sakini Məqsəd Rzayevə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. M. Rzayev axşam saatlarında xəstəxanaya çatdıqdan bir qədər sonra dünyasını dəyişib.

***

23.39

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində xəsarət alanların sayı artıb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hadisə nəticəsində daha bir nəfər, 1992-ci il təvəllüdlü İlqar Cumayev xəsarət alıb.

***

Saat 23:22

Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

***

Saatb 23:19

Zaqatala sakininin əlində qumbara partlaması nəticəsində xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, rayonun Yengiyan kəndində Həmid Gülmməmədovun əlində qumbara partlaması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralıların hamısı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılara yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

***

Saat 23:09

Zaqatala sakininin əlində qumbara partlayıb, vəziyyəti ağırdı.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yengiyan kəndinin mərkəzində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan H. Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR