Bank Of Baku

Zaqatalada maşın aşıb, 1 nəfər ölüb, digəri xəsarət alıb - FOTO

Zaqatalada maşın aşıb, 1 nəfər ölüb, digəri xəsarət alıb - FOTO
# 13 yanvar 2026 15:44 (UTC +04:00)

Bu gün saat 13:00 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR