Bank Of Baku

Zaqatalada Vətən müharibəsi qazisi yol qəzasına düşüb

Zaqatalada Vətən müharibəsi qazisi yol qəzasına düşüb
# 14 mart 2023 19:36 (UTC +04:00)

Zaqatalada Vətən müharibəsi qazisi yol qəzasına düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16:40-da Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini, 1997-ci il təvəllüdlü Subhan Nurullah oğlu Durmuşov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə hərəkətdə olarkən edirəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub. Daha sonra avtomobil yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan S. Durmuşov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Hazırda S. Durmuşovun müayinəsi aparılır.

Qeyd edək ki, S. Durmuşov Vətən müharibəsi qazisidi.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR