Bank Of Baku

Fevralın 15-də Azərbaycanda gözlənilən hava proqnozu

Fevralın 15-də Azərbaycanda gözlənilən hava proqnozu
# 14 fevral 2025 12:18 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, gecə saatlarında bəzi yerlərdə yağış yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə temperaturu: 2-4° isti

Gündüz temperaturu: 5-8° isti

Atmosfer təzyiqi: 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək

Nisbi rütubət: Gecə 75-85 %, gündüz 60-70%

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi ehtimal edilir. Günorta saatlarından etibarən yağıntılar tədricən kəsiləcək. Səhər saatlarında bəzi yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Gecə temperaturu: 1° şaxtadan 3°-dək isti

Gündüz temperaturu: 6-11° isti

Dağlıq rayonlarda gecə temperaturu: 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta

Gündüz temperaturu (dağlarda): 0-5° şaxta

Yollarda buzlanma gözlənilir

Dağlıq rayonlarda yol şəraiti çətinləşə bilər. Bəzi dağ yollarında buzlanma ehtimalı yüksəkdir. Sürücülərə və piyadalara ehtiyatlı olmaq tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR