Bank Of Baku

Cəbrayıl rayonunda 6 ayda 229205 m² ərazi minadan təmizlənib - FOTO

Cəbrayıl rayonunda 6 ayda 229205 m² ərazi minadan təmizlənib - FOTO
# 16 avqust 2024 11:24 (UTC +04:00)

Cəbrayıl rayonunda 6 ay ərzində 229205 m² ərazi minadan təmizlənib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Cəbrayıl ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq zamanı məlumat verilib.

Bildirilib ki, minalı 313528 m² metr ərazinin 229205 m² hissəsi 133 günə təmizlənib. Onun 20415 m² əllə, 208790 kv m minaaxtaran itlərin köməyi ilə, 226100 kv.m isə mexaniki üsulla təmizlənib.

Qeyd olunub ki, piyada əleyhinə 127, tank əleyhinə 200 mina, 23 parlamamış hərbi sursat aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR