Bank Of Baku

ANAMA aprel ayı ərzində 1722 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirib

ANAMA aprel ayı ərzində 1722 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirib
# 10 may 2016 10:54 (UTC +04:00)

Bakı-APA. Aprel ayı ərzində 7 milyon 412 min 514 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə APA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bildirilir ki, 1707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS və mina zərərsizləşdirilib.

 

Məlumata əsasən əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

İndiyədək isə cəmi 327 milyon 855 min 880 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718029-dur.

Agentlik təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirir.

 

 2016-cı ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR