Bank Of Baku

Aviasiya və yerüstü təhlükəsizlik proseduralarına dair ekspertlərin təcrübə mübadiləsi keçirilir

Aviasiya və yerüstü təhlükəsizlik proseduralarına dair ekspertlərin təcrübə mübadiləsi keçirilir
# 17 may 2016 15:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. ABŞ-ın Oklahoma ştatının Qırıcı Aviasiyası Yerüstü və Uçuş Təhlükəsizliyi Proqramı üzrə ekspert qrupu ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında aviasiya və yerüstü təhlükəsizlik proseduralarına dair təcrübə mübadiləsi üzrə tədbir keçirilir.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində hərbi aerodromların uçuş-enmə zolağı, aerodromun təhlükəsizliyi və texniki qulluq proseduraları, eləcə də aerodrom ərazisindəki obyektlər və uçuş-enmə zolağının təmiri ilə bağlı tələblər mövzularında müzakirələr aparılır.
 

Bundan əlavə, qarşılıqlı brifinqlərin təqdim olunması və praktiki nümayişlərin yerinə yetirilməsi də planlaşdırılır.
 

Ekspertlər qrupunun səfəri mayın 20-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR