Bank Of Baku

Azərbaycan hərbçiləri “TURAZ Şahini-2016” təlimlərində iştirak etmək üçün Türkiyəyə yola düşüb

Azərbaycan hərbçiləri “TURAZ Şahini-2016” təlimlərində iştirak etmək üçün Türkiyəyə yola düşüb
# 05 mart 2016 16:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, martın 7-dən başlayacaq “TURAZ Şahini – 2016” təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konyadakı aviabazaya gediblər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək təlimlər martın 25-dək davam edəcək.

 

Artıq ikinci dəfədir Türkiyədə keçiriləcək müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR