Bank Of Baku

Azərbaycan Ordusunun şəhid olmuş hərbçiləri Şəkidə dəfn olunub - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olmuş hərbçiləri Şəkidə dəfn olunub - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2016 16:06 (UTC +04:00)

 

Şəki. Vüqar Heydərov - APA. Azərbaycan Ordusunun düşmənin təxribatının qarşısını alarkən həlak olan əsgəri, 1993-cü il təvəllüdlü Vüqar Natiq oğlu Süleymanov doğulduğu Şəki rayonunun Böyük Dəhnə kəndində torpağa tapşırılıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

Dövlət himni səsləndirildikdən və yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.

 

***

13:34

 

Şəki. Vüqar Heydərov – APA. Azərbaycan Ordusunun şəhid olmuş giziri dəfn olunub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, düşmənin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun giziri, 1992-ci il təvəllüdlü Orxan Kazım oğlu Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR