Bank Of Baku

Azərbaycan və Sloveniya Silahlı qüvvələri arasında "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir

Azərbaycan və Sloveniya Silahlı qüvvələri arasında "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir
# 03 may 2016 15:01 (UTC +04:00)

Bakı. Hafiz heydərov – APA. Azərbaycan ilə Sloveniya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sloveniyada "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin məqsədi ölkəmizin tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və həqiqətlərimiz barədə geniş auditoriyaya məlumatın çatdırılması, o cümlədən Silahlı qüvvələr arasında dostluq əlaqələrinin möhkəmləndirməkdən ibarətdir.
 

Mayın 3-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində "Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı" mövzusunda mühazirə ilə çıxış edib, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.
 

Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargahın nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR