Bank Of Baku

Azərbaycanın müdafiə naziri Moskvaya gedir

Azərbaycanın müdafiə naziri Moskvaya gedir
# 14 iyun 2016 11:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Sabah Rusiya paytaxtında MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.

 

İclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR