Bank Of Baku

BQXK: Son döyüşlər nəticəsində tərəflərdə saxlanılanların olması barədə rəsmi məlumat yoxdur

BQXK: Son döyüşlər nəticəsində tərəflərdə saxlanılanların olması barədə rəsmi məlumat yoxdur
# 11 aprel 2016 13:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən gərginlik nəticəsində tərəflərdə hərbçilərin saxlanılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) rəsmi məlumat verilməyib.

 

Bu barədə APA-ya BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

O qeyd edib ki, BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün olan səylərinə öz aktiv dəstəyini təklif edib və təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR