Bank Of Baku

CAR ötən il Azərbaycana 5 milyon dollarlıq silah-sursat və döyüş maşınları satıb

CAR ötən il Azərbaycana 5 milyon dollarlıq silah-sursat və döyüş maşınları satıb
# 29 mart 2016 11:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ötən il Cənubi Afrika Respublikasının Azərbaycana satdığı silahların məbləği açıqlanıb.

 

APA-nın “iol.co.za” saytına istinadən verdiyi məlumata görə, Adi Silahlara Nəzarəti Milli Komitəsinin hesabatına əsasən Cənubi Afrika Respublikası Azərbaycana təxminən 1,7 milyon dollar dəyərində zirehli döyüş maşınları, 1 milyon dəyərində ağır silahlar və 2,4 milyon dollar dəyərində xəbərdaredici avadanlıqlar (cəmi 5,1 milyon dollar) satıb.

 

Bu ölkənin ötən il ərzində silah satışı ümumilikdə 174 milyon dollara yaxın olub.

 

Azərbaycanla yanaşı, Keniya, İraq, Nigeriya, Burundi kimi münaqişə zonalarına da silah tədarük edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR