Bank Of Baku

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
# 07 iyun 2016 07:33 (UTC +04:00)

Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Azərbaycan Respublikası Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Jiri Aberle keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR