Bank Of Baku

MN: Erməni tərəfi Dağlıq Qarabağdan xidmətə çağırılan əsgərlərin, muzdluların ölümünü gizlədir

MN: Erməni tərəfi Dağlıq Qarabağdan xidmətə çağırılan əsgərlərin, muzdluların ölümünü gizlədir
# 12 mart 2016 09:23 (UTC +04:00)

Bakı - APA. "Düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır".

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən cəbhə xəttində erməni tərəfinin son itkiləri ilə bağlı bildirilib.

 

Məlumatda deyilir ki, ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər.

 

"Erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır", - deyə bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR