Bank Of Baku

MN: Ermənistan digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya diversiya əməliyyatları keçirməsi barədə məlumatlar yayır

MN: Ermənistan digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya diversiya əməliyyatları keçirməsi barədə məlumatlar yayır
# 14 aprel 2016 10:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Müdafiə Nazirliyi (MN) qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir: “Odur ki, Ermənistan kriminal hərbi-siyasi rejimi digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya hər gün diversiya əməliyyatları keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və ölülər barədə xəbər yayacaq. Uğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəhanələrdən başqa çıxış yolu yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR