Bakı. Fərid Mirzəyev - APA. Bu gün Müdafiə Sənayesi Nazirliyində (MSN) Tailand Krallığının Müdafiə Nazirliyinin daimi katibinin müavini, general Porpol Maneerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
MSN-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycan və Tailand arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar nazirliyin müəssisələrində olublar və istehsal prosesini izləyiblər.