Bank Of Baku

Şəhidin təltif olunduğu medal Kürdəmirdə ailəsinə təqdim edilib

Şəhidin təltif olunduğu medal Kürdəmirdə ailəsinə təqdim edilib
# 20 may 2016 15:01 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA. Aprel ayının əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olmuş gizir Tural Gülşad oğlu Qurbanovun "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı bu gün Kürdəmirdə ailəsinə təqdim olunub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin doğulduğu Sığırlı kəndində keçirilən təqdimat mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, yüksək rütbəli hərbçilər və kənd sakinləri iştirak edib. Mərasimdə çıxış edənlər cəbhədə gedən döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi igidlikdən danışıb, torpaqlarımızın tezliklə azad olunacağına inandıqlarını vurğulayıblar.

 

Qeyd edək ki, iki övlad atası olan Tural Qurbanov Tərtər istiqamətində, Talış yüksəkliyi uğrunda  gedən döyüşlərdə şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR