Bank Of Baku

Yavər Camalov Çexiya parlamentinin nümayəndə heyəti ilə görüşüb

Yavər Camalov Çexiya parlamentinin nümayəndə heyəti ilə görüşüb
# 14 mart 2016 13:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Çexiya parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, Y. Camalov Azərbaycanla Çexiya arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib.

 

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR