Bank Of Baku

Şuşada Yaşar Gülərlə Zakir Həsənov arasında görüş keçirilib - YENİLƏNİB

Şuşada Yaşar Gülərlə Zakir Həsənov arasında görüş keçirilib - YENİLƏNİB
# 02 oktyabr 2026 10:44 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb.
Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, tərəfdaşlığımızın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.
İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.

***

10.22

Bu gün Şuşada Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli müdafiə nazirləri toplantısı keçirilir.

APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, üçtərəfli toplantıdan əvvəl Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında ikitərəfli görüş keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR