Bank Of Baku

Baş katib: Türkiyə DDoS hücumlarına ən çox məruz qalan üçüncü ölkə olub

Baş katib: Türkiyə DDoS hücumlarına ən çox məruz qalan üçüncü ölkə olub
# 19 noyabr 2026 13:14 (UTC +04:00)

Bu ilin ikinci rübündə Türkiyə DDoS hücumlarına ən çox məruz qalan üçüncü ölkə olub. Bu, hətta Ankarada NATO sammitinə ev sahibliyi etməyimizdən bir neçə həftə əvvəl baş verib.

“APA-Economics” xəbər verir ki, bu barədə Türkiyə Respublikası İnformasiya Təhlükəsizliyi Assosiasiyasının (Bilgi Güvenliği Derneği) baş katibi Oğuz Yılmaz Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində keçirilən panel müzakirələrində deyib.

Onun sözlərinə görə, DDoS hücumları kiberməkanda ən ucuz geosiyasi silahdır. Belə hücumların mənbəyini müəyyənləşdirmək çətindir, onlar sürətlə həyata keçirilir və sərhədləri aşır:

“Bu hücumlar sərhəd tanımır. Bir ölkədəki banka yönələn hücum trafiki onlarla başqa ölkədə ələ keçirilmiş cihazlardan qaynaqlana bilər. Heç bir dövlət bu hücumların hamısının mənzərəsini görə bilmədiyi üçün onların qarşısını təkbaşına ala bilməz. Buna görə də müdafiə imkanlarımızı paylaşmalıyıq. Bir üzv hücumun əlamətlərini müəyyənləşdirib bir neçə saniyə ərzində digərlərinə ötürdükdə, həmin hücum digər üzvlərə çatmamış onların hamısı qoruna bilər. Hücum kollektiv xarakter daşıyırsa, müdafiə də kollektiv olmalıdır”, - deyə Oğuz Yılmaz qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR