Misirdə fabrikdə baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Misirdə fabrikdə baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb
# 08 avqust 2015 19:03 (UTC +04:00)

Bakı-APA. Misirin Kəlübiyyə bölgəsində fabrikdə baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, polis əməkdaşı daxil olmaqla 7 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, partlayış müəssisənin anbarında baş verib. Hadisə yerinə 15 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının artıq söndürüldüyü bildirilir.

Qeyd edək ki, Kəlübiyyə bölgəsində iyulun 28-də mebel fabrikində baş vermiş analoji hadisə nəticəsində 25 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR