Milliyyətçilər Moskvada keçiriləcək “Rus marşı”na 30 min insan cəlb etmək niyyətindədirlər

Milliyyətçilər Moskvada keçiriləcək “Rus marşı”na 30 min insan cəlb etmək niyyətindədirlər
# 31 oktyabr 2013 17:44 (UTC +04:00)

Bakı-APA. Milliyyətçilər Moskvanın Lyublino rayonunda noyabrın 4-nə planlaşdırılmış “Rus marşı”na 30 min insan cəlb etmək niyyətindədirlər, lakin hakimiyyət aksiya iştirakçılarının 15 mini keçməməsini tələb edir. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a “Ruslar” İctimai Birliyinin lideri Dmitri Demuşkin bildirib.

“Moskvanın cənub-şərq dairəsinin prefekturası təkid edir ki, aksiyada 15 min insan iştirak etsin. Mən bununla razılaşmadım və prokurorluqdan ekstremist hərəkətlərinin yolverilməzliyi barədə xəbərdarlıq aldım”, deyə Demuşkin bildirib.

Onun sözlərinə görə, o, təşkilatçı kimi, cərimələnsə belə insanların aksiyaya buraxılmamasına yol verməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR