Rumıniya yığmasının sabiq futbolçu “Xəzər Lənkəran”a keçə bilər

Rumıniya yığmasının sabiq futbolçu “Xəzər Lənkəran”a keçə bilər
# 23 yanvar 2014 08:46 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran”ın transfer siyahısında yer alan daha bir futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin baş məşqçisi Mustafa Dənizli Rumıniya yığmasının sabiq futbolçusu Florin Çernatı sərəncamında görmək istəyir.

Pleymeyker axtarışında olan mütəxəssis 2002-04-cü illərdə millisində 14 oyuna 2 qol vuran oyun qurucusunun transferi ilə danışıqlara başlayıb. Ötən mövsüm I liqadan Superliqaya daşıdığı “Çaykr Rizəspor”dan yaxşı tanıdığı yarımmüdafiəçi üçün Dənizli özü sabiq klubuna müraciət edib.

Karyerasının ən yaxşı illərini Ukraynada, Kiyev “Dinamo”sunda keçirən Florin 2001-09-cu illərdə bu klubun şərəfini qoruyub.

34 yaşlı futbolçu vətənində “Otselul” və Buxarest “Dinamo”sunda oynadıqdan sonra legioner həyatı yaşamağa başlayıb. Bundan sonra Ukraynaya üz tutan rumıniyalı 2009-10-cu illərdə Xorvatiya “Hayduk”unda, 2010-12-ci illərdə Türkiyə “Karabükspor”unda çıxış edib. 2013-cü ildən Rizə təmsilçisinə keçən orta sahə oyunçusu bu klubla Superliqaya yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR