Ötən ay Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Ötən ay Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
# 07 may 2014 09:01 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, çoxillik bitkilərin istehsalçı qiymətləri 2,4% bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 2,2%, kartofun 0,3%, baş soğanın istehsalçı qiymətləri 0,4% bahalaşıb, göyərtilərin istehsalçı qiymətləri 0,2%, qırmızı turpun 4,8%, göy soğanın 2,0%, quru otun 0,5%, yoncanın istehsalçı qiymətləri isə 3,0% ucuzlaşıb.

Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,2%, almanın 13,9%, fındığın istehsalçı qiymətləri 10% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,6%, mal və qoyun ətinin (diri çəkidə) 0,1%, diri qoyun və keçilərin 0,2%, südün istehsalçı qiymətləri 0,1% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,7%, diri ev quşlarının 4,2%, quş ətinin (diri çəkidə) 0,6%, yumurtanın istehsalçı qiymətləri isə 7,6% ucuzlaşıb.

Ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,1%, balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,4% ucuzlaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR