Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təranə Məmmədovanın vəzifəsi və səlahiyyətlərini açıqlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təranə Məmmədovanın vəzifəsi və səlahiyyətlərini açıqlayıb
# 02 iyun 2014 17:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan, bu ilin fevralından ehtiyata buraxılan Təranə Məmmədovanın qurumda yeni işlə təmin olunması məsələsinə aydınlıq gətirib. BŞTİ-nın mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavabda həmin fakt təsdiqlənib. Bildirilib ki, Təranə Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilib. T. Məmmədovanın vəzifə səlahiyyətlərinə məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsi sahəsində işlər görülməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR