Azərbaycanın yol polisi əməkdaşları Türkiyədə səfərdə olublar

Azərbaycanın yol polisi əməkdaşları Türkiyədə səfərdə olublar
# 10 mart 2014 15:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri Türkiyədə səfərdə olublar. Bu barədə APA Türkiyə mətbuatına istinadən məlumat verib.

Polis polkovniki Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Əskişəhərdə «Yol polisinin yoxlama, idarəetmə və təhsilin artırılması» layihəsi çərçivəsində Türkiyə təcrübəsi ilə tanış olub. Azərbaycan nümayəndə heyətinə başlanğıc nəqliyyat təhsili, qəzaların araşdırılması təlimi, taxoqraf və radarlarla bağlı məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR