Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 27 sentyabr 2013 18:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar sentyabrın 28-də gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR