Hicran Hüseynova: “Sahibkar qadınların sayı artmalıdır” - VİDEO

Hicran Hüseynova: “Sahibkar qadınların sayı artmalıdır” - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 08:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Azərbaycandakı sahibkarların 17%-ni qadınlar təşkil edir. Lakin ölkədə sahibkar qadınların sayı daha da artmalıdır". APA-nınn məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komıtəsinin (AQUPDK) sədri Hicran Hüseynova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə xüsusi proqram çərçivəsində qadınlar arasında sahibkarlığın inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, sahibkar qadınların sayını daha da artırmaq üçün ölkədə lazımi şərait var: "Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar. İqtisadi asılılığı olan qadınların zorakılığa məruz qalma halları da çox olur. Buna görə də qadınlar mümkün qədər çox çalışaraq özlərinin iqtisadi asılılıqlarını azaltmalıdırlar".

Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait yaradıldığını söyləyən H. Hüseynova qeyd edib ki, ötən il ərzində ölkədə 430 sahibkar qadına 9 milyon manatdan çox kredit verilib.

Milli Məclisin sədr müavini Bahar Muradova isə bəyan edib ki, qadınlar arasında sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının inkişafını təmin edən amillərdəndir: "Bunun üçün dövlət tərəfindən də müəyyən addımlar atılmaqdadır. Azərbaycan dövlətinin yaratdığı şərait qadınlar arasında sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə region ölkələrinin də təcrübəsinin öyrənilməsi və uğurla tətbiqi əhəmiyyətlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR