Sumqayıtda və Bakıda evə civə dağılıb

Sumqayıtda və Bakıda evə civə dağılıb
# 05 sentyabr 2015 16:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sumqayıtda evə civə dağılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib.

Nizami rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR