Braziliya parlamentində Azərbaycan mətbəxinin təqdimatı keçirilib - FOTO

Braziliya parlamentində Azərbaycan mətbəxinin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2015 10:12 (UTC +04:00)

Bakı-APA. Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatı keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədi ilə səfirlik tərəfindən təşkil olunub. Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən manqal salatı, qutab, şah plov, ləvəngi, paxlava və Azərbaycanın digər məşhur mətbəx nümunələri hazırlanıb.

Tədbirdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliya Senatında Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Kristovam Buarke, Braziliya Deputatlar Palatasında Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və Braziliya parlamentinin çoxsaylı üzvü iştirak edib.

Braziliya tərəfi gələcəkdə yenidən Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı səfirliyə müraciət edib.

Tədbir keçirilən zalın qarşısında Azərbaycana həsr olunmuş banerlər quraşdırılıb və iştirakçılara ölkəmizin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR