Bank Of Baku

Bakıda restoranda yanğın söndürülüb- YENİLƏNİB-1 - FOTO

Bakıda restoranda yanğın söndürülüb- YENİLƏNİB-1  - FOTO
# 16 noyabr 2026 16:03 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

15.59

Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda yanğın baş verib.

APA-nın xəbərinə görə, "Kişmiş" restoranında qeydə alınan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

15.19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR