Bank Of Baku

Bolqarıstan sahillərində yük gəmisi batır

Bolqarıstan sahillərində yük gəmisi batır
# 16 noyabr 2026 14:30 (UTC +04:00)

Qara dənizdə Bolqarıstanın iqtisadi zonasına daxil olan ərazidə Somali bayrağı altında üzən yük gəmisi batır.

Bu barədə “Reuters” Bolqarıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün Bolqarıstan 12 nəfərlik heyəti olan gəmidən kömək siqnalı alıb. Gəmi Rumıniyadan Misirə üç ton həcmində buğda daşıyırmış.

Hadisə yerinə Bolqarıstana məxsus iki, həmçinin Rumıniya və Türkiyəyə məxsus bir gəmi göndərilib. Gəmi heyətinin olduğu yer barədə hələlik məlumat yoxdur.

Gəminin batmasının səbəbi dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR