Kür çayından kişi meyiti tapılıb

Kür çayından kişi meyiti tapılıb
# 04 iyul 2016 10:21 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. Kür çayından naməlum kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Sabirabad rayonunun Şıx Salahlı kəndində qeydə alınıb. Kür çayının həmin kənddən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb. Hazırda meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR