Ermənistan prezidentliyinə namizəd: “220 min nəfər ölkədən qaçıb”

Ermənistan prezidentliyinə namizəd: “220 min nəfər ölkədən qaçıb”
# 30 yanvar 2013 16:04 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ermənistanın keçmiş baş naziri, hazırda prezidentliyə namizəd olan Qrant Baqratyan prezident Serj Sarkisyanı tənqid edib. APA-nın “1in.am” saytına istinadən verdiyi məlumata görə, Q. Baqratyan bildirib ki, S. Sarkisyan prezident seçiləndə ölkədə Ümumi Daxili Məhsulu, maaşları, büdcəni artırmağa söz verib, amma bunu edə bilməyib: “220 min nəfər ölkədən qaçıb, iqtisadiyyat zəifləyir, yoxsulların sayı artır. Niyə ABŞ-da başlayan maliyyə böhranı Ermənistana daha çox ziyan vurub? Böhran zamanı Azərbaycanın iqtisadiyyatı 9% artıb, bu ölkə nefti ixrac edir, biz isə insanları. Mən baş nazir olanda belə şeylər yox idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR